"Neftçi"nin keçmiş baş məşqçisi 26-qat Superliqa çempionunda

"Neftçi"nin keçmiş baş məşqçisi Roberto Bordin özünə yeni komanda tapıb.
"Mediasport" xəbər verir ki, italyan mütəxəssis Albaniyada işləyəcək.
60 yaşlı çalışdırıcı Superliqada paytaxtı təmsil edən 26-qat ölkə çempionu "Tirana"nın baş məşqçisi təyin olunub.
Bu postda Vangel Mileni əvəzləyən Bordinlə anlaşmanın detalları açıqlanmayıb.
Xatırladaq ki, Liviya doğumlu mütəxəssis "Neftçi"nin "sükan"ı arxasında 2018-ci il iyunun 8-dən 2020-ci il yanvarın 18-dək olub.
O, son olaraq İtaliyanın D Seriyası klubu "Kaldiero"nu çalışdırıb.