"Neftçi"nin rəsmiləri "Mançester Yunayted" əfsanəsi ilə görüşdülər

"Neftçi"nin rəsmiləri "Mançester Yunayted" əfsanəsi ilə görüşdülər

Türkiyənin İstanbul şəhərində toplanışda olan “Neftçi” Futbol Akademiyasının rəsmiləri “Beşiktaş” klubunun qonağı olublar.

Mediasport.com.az xəbər verir ki, Bakı klubunun nümayəndələri və U-17 komandasının futbolçuları İstanbul nəhənginin “Beşiktaş Nevzat Dəmir” təlim-məşq bazasını ziyarət ediblər.

"Neftçi" rəsmiləri və gənc futbolçular "qara qartallar"ın əsas komandasının məşqini izləyib.

Həmçinin “Neftçi” PFK-nın Futbol komandaları və əməliyyatları üzrə direktoru Zaur Əzizov və “Beşiktaş”ın baş məşqçisi Ole-Qunnar Sulşer bir-birinə hədiyyələr təqdim ediblər və tərəflər xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, fevralın 9-da “Qalatasaray”, 12-də “Beşiktaş”la qarşılaşan “Neftçi”nin U-17 komandası son yoldaşlıq matçını ayın 14-də “Fənərbağça Dərəağzı” təlim-məşq bazasında “Fənərbağça”ya qarşı keçirəcək.