Rövşən Nəcəf milli komandamızın uğursuz nəticələrinə görə Fernandu Santuşa narazılığını bildirdi

Rövşən Nəcəf milli komandamızın uğursuz nəticələrinə görə Fernandu Santuşa narazılığını bildirdi

“Əsas milli komandanın son nəticələrindən razı deyilik. Təəssüf ki, milli komandamız uğursuz nəticələrlə yadda qaldı".

"Mediasport" xəbər verir ki, bunu Hesabat Konfransında AFFA prezidenti Rövşən Nəcəf deyib.

Federasiya rəhbəri yığmamızın uğursuz nəticələrinə toxunub. Baş məşqçi Fernandu Santuşla söhbət etdiklərini bildirib:

“Biz baş məşqçi Fernandu Santuşla müzakirələrimizdə narazılığımızı ona bildirdik. Bizim hədəfimiz odur ki, yığmamız qarşıdakı yoldaşlıq və rəsmi matçlarda uğurlu nəticə və məzmunlu oyun göstərsin.

Millinin qarşıdakı matçlarda yaxşı nəticə qazanacağına inanırıq. Amma AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış hədəfi dəyişməz olaraq qalır. 

O, Premyer Liqada legioner limitinin ləğvinədə toxunub:

"2025/2026 mövsümündən Premyer Liqada legioner limiti ləğv olunacaq. Bir çox ölkələrdə müxtəlif illərdə fərqli qərarlar görmüşük. İnanırıq ki, limitin ləğvi Premyer Liqanı və I Liqanı gücləndirəcək.

Azərbaycan futbolu məsuliyyəti və çətin dönəmə qədəm qoyur. Strategiyanın  futbolumuzun inkişafına kömək olacağına inanırıq. AFFA və futbol ailəsinin üzvləri ilə birlikdə böyük uğurlar əldə edə bilərik".