“Qarabağ” - “Nyukasl Yunayted" oyununun hakimləri açıqlandı

“Qarabağ” - “Nyukasl Yunayted" oyununun hakimləri açıqlandı

Fevralın 18-də UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” - “Nyukasl Yunayted" oyununun hakimləri açıqlanıb.

“Mediasport” xəbər verir ki, qarşılaşmanı Norveçdən olan ədalət təmsilçiləri idarə edəcəklər.

Baş hakimi Espen Eskasın yan xətdə köməkçiləri Yan Erik Enqan və Elias Başevk olacaqlar.

Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.

VAR-da niderlandlı Rob Diyperink, AVAR-da onun həmyerlisi Dennis Hiqler işləyəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 21:45-də start götürəcək.