Kristiano Ronaldo və xanımı Ağ Evdə ziyafət məclisində iştirak etdi
Dünya futbolunun canlı əfsanəsi Kristiano Ronaldo Ağ Evdə rəsmi şam yeməyinə qatılıb.
"Mediasport" xəbər verir ki, portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin Salmanın şərəfinə təşkil olunmuş gecəyə xanımı Corcina ilə birlikdə yollanıb.
Tədbirdə dünyanın məşhur simaları iştirak ediblər.
Ronaldonun sosial şəbəkə hesablarında paylaşdığı fotoda amerikalı milyarder, “Tesla”nın rəhbəri İlon Mask, FİFA prezidenti Canni İnfantino və başqa qonaqlar yer alıblar.
Qeyd edək ki, şam yeməyi ABŞ Prezidenti Donald Tramp tərəfindən
