"Qarabağ"da Yankoviç ŞOKU!
"Qarabağ" şok itki ilə üzləşib.
"Mediasport" xəbər verir ki, Ağdam klubu təxminən 2 ay Marko Yankoviçin xidmətindən istifadə edə bilməyəcək.
UEFA Çempionlar Liqasının "Benfika" ilə Portuqaliyada baş tutan matçının ikinci hissəsində zədələnərək əvəzlənən monteneqrolunun MRT müayinəsinin nəticəsi ürəkaçan olmayıb.
Həkimlərin rəyinə əsasən, yarımmüdafiəçi azı 6 həftə yaşıl meydanlardan kənar qalacaq.
Ona dördbaşlı əzələnin gərilməsi diaqnozu qoyulub.
