"Qarabağ"ın ÇL-də növbəti rəqibi La Liqada uğursuzluğa son qoydu

İspaniya La Liqasında 3 turdu qələbə qazana bilməyən "Atletik" tilsimi qırıb.
"Mediasport" xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"la qarşılaşacaq Bilbao təmsilçisi 8-ci turu 3 xalla başa vurub.
Ernesto Valverdenin baş məşqçisi olduğu kollektiv doğma "San Mames"də "Malyorka"nı məğlub edərək (2:1) turnir cədvəlində 5-ci yerə yüksəlib.
Xatırladaq ki, "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də İspaniyada baş tutacaq.
Basklar Liqa mərhələsində geridə qalan hər iki matçda uduzublarsa ("Arsenal" - 0:2, "Borussiya" D. - 1:4), Azərbaycan çempionu "Benfika" (3:2) və "Kopenhagen"i (2:0) məğlub edib.