"Qarabağ"ın məşqçisi Skopyedə 15 ölkə təmsilçisinə seminar keçdi

"Qarabağ"ın məşqçisi Skopyedə 15 ölkə təmsilçisinə seminar keçdi

"Qarabağ"ın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çakarov Şimali Makedoniya Futbol Federasiyasının təşkilatçılığı ilə Skopye şəhərində keçirilən UEFA-nın fitnes üzrə A kateqoriyalı məşqçi kursunda təlimatçı kimi iştirak edib.

"Mediasport" xəbər verir ki, onun təlim keçdiyi  seminara 15 ölkədən məşqçilər qatılıblar.

Çakarov məşqçilərə təlimlər keçib, meydanda hazırlıq prosesini nümayiş etdirib. O, “Qarabağ”dakı iş prosesi ilə bağlı təqdimatla çıxış edib, sualları cavablandırıb.

Kursa qatılan məşqçilər Ağdam klubunun həftəlik hazırlıq tsikli və fiziki hazırlıq prosesi ilə yaxından maraqlanıblar, bu mövzuda fikir mübadilələri aparılıb.

Bolqarıstanlı məşqçilərin "Qarabağ"ın hazırlıq prosesi ilə maraqlanması təsadüfi deyil. Ardıcıl 11 il avrokubokların əsas mərhələsində çıxış edən təmsilçimiz bir çox Avropa ölkəsində marağa səbəb olub.

Bu səbəbdən müxtəlif ölkələrdən olan mütəxəssislər baş məşqçi Qurban Qurbanov və texniki heyətin iş prinsipləri ilə yaxından tanış olmaq üçün komandamızın bazasında təcrübə keçiblər.

Qazaxıstan millisinin hazırkı baş məşqçisi Əli Əliyev və həmyerliləri İqor Soloşenko, Rinat Alyuetov, həmçinin Polşanın "Veçista" klubunun baş məşqçisi Dariuş Marzek, onun köməkçisi Yanuş Svierad və digər mütəxəssislər müxtəlif vaxtlarda "Qarabağ"ın hazırlıq prosesində iştirak ediblər.