"Qarabağ"la oyun öncəsi "Elçe" səfərində xal itirdilər - La Liqa

"Qarabağ"la oyun öncəsi "Elçe" səfərində xal itirdilər - La Liqa

Futbol üzrə İspaniya La Liqasında 9-cu turun oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, 3 gün sonra UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ı qəbul edəcək "Atletik" səfərdə "Elçe" ilə qarşılaşıb.

Bilbao təmsilçisi növbəti dəfə xal itkisi ilə üzləşib - 0:0.

9 turdan sonra 14 xal toplayan Ernesto Valverdenin komandası turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Xatırladaq ki, oktyabrın 22-də Bilbaodakı "San Mames" stadionunda baş tutacaq "Atletik" - "Qarabağ" görüşü Bakı saat 20:45-də start götürəcək.