Renato üçün əlamətdar oyun

 Renato üçün əlamətdar oyun

"Zirə"nin müdafiəçisi Ruan Renato Misli Premyer Liqasının I turunda Bakı klubunun heyətində 100-cü çempionat matçına çıxıb.

"Mediasport" xəbər verir ki, 2023-cü ildən paytaxt təmsilçisində çıxış edən braziliyalı futbolçu bu görüşlərdə 13 qola imza atıb.

O, Azərbaycan çempionatları tarixinə eyni klubun heyətində yüksək dəstədə 100 və daha çox matç keçirən 4-cü braziliyalı kimi düşüb.

Bu göstəricidə rekord "Neftçi"də 133 oyun keçirən Flavinyoya məxsusdur. Denis Silva isə 2 fərqli klubda 100 matç həddini aşıb.

Qeyd edək ki, Braziliya əsilli Riçard Almeyda "Qarabağ"da daha çox oyun keçirsə də, karyerasının gedişində Azərbaycan millisinin şərəfini qoruyub və legioner statusu daşımayıb.


Flavinyo ("Neftçi") – 133

Dodo ("Qəbələ") – 131

Denis Silva ("Neftçi") – 116

Denis Silva ("Şamaxı") – 113

Ruan Renato ("Zirə") – 100