Rəşad Sadıqov tanınmış UFC döyüşçüsü ilə birlikdə "Hacı" oldu

Rəşad Sadıqov tanınmış UFC döyüşçüsü ilə birlikdə "Hacı" oldu

Premyer Liqada mövsümün yekunlaşması ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov növbəti dəfə Həcc ziyarətinə yollanıb.

43 yaşlı mütəxəssis bir neçə tanınmış sima ilə birlikdə Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən Kəbə evini ziyarət edib.

Qurban bayramına təsadüf edən səfərdə Sadıqov məşhur idmançılarla birlikdə eyni qafilədə yer alıb.

UFC-nin yüngül çəkili çempionu, dağıstanlı İslam Maxaçev, Azərbaycan milli komandası və "Qarabağ"ın kapitanı Bədavi Hüseynov, "Neftçi"nin hücumçusu Ramil Şeydayev, "Sumqayıt" və yığmamızın qapıçısı Mehdi Cənnətov və millimizin digər üzvü Rahil Məmmədov "Hacı" adına yiyələniblər.

Dindarlar səfərlərini bir neçə gün öncə başa vurublar.

Mediasport.com.az