Ronaldo dubl edib Səudiyyə Ərəbistanı çempionu da oldu

Ronaldo dubl edib Səudiyyə Ərəbistanı çempionu da oldu

Səudiyyə Ərəbistanı Pro Liqasında 2025/2026 mövsümünün qalibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, dünya futbolunun canlı əfsanəsi Kriştianu Ronaldolu "Əl Nəsr" "Damak" üzərində qazanılan qələbə ilə çempionluğunu rəsmiləşdirib (4:1).

Qollardan ikisini adına yazdıran superulduz karyerasında vurduğu topların sayını 973-ə çatdırıb. O, mövsümdə 28 qol və 2 assistlə bombardirlər sıralamasında 3-cü yeri tutub.

Beləliklə, 41 yaşlı futbolçu Riyad təmsilçisinin heyətində ilk kubokunu qazanıb. 

Portuqaliya milli komandasının forvardı buna qədər 2023-cü ildə yoldaşlıq turnirinin - Ərəb Çempionlar Kubokunun qızıl medallarına yiyələnib.

Jorje Jesusun baş məşqçisi olduğu komanda tarixində 11-ci dəfə ölkə çempionatının qalibi olub.

"Əl Hilal" yarışı ikinci, "Əl Əhli" isə üçüncü pillədə bitirib.