Rusiyalı "Qarabağ"ın Çempionlar Liqasında çıxışlarından danışdı

“Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyov keçmiş klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxışları haqda danışıb.
"Mediasport" xəbər verir ki, karyerasını vətənində "Dinamo"da davam etdirən qolkiper "köhlən atlar"ın "Benfika" (3:2) və "Kopenhagen" (2:0) üzərində qələbələrini şərh edib.
Rusiyalı Azərbaycan çempionunun layiqli mübarizə apardığını açıqlayıb:
“Qarabağ”ın nəticəsi tamamilə gözlənilən idi, afərin. Onlar öz fəlsəfələrindən əl çəkmirlər və bu, bəhrəsini verir”.
Xatırladaq ki, Lunyov "Qarabağ"da 2023/2024-cü illər mövsümündə 19 matçda forma geyinib.