"Şkendiya" "Qarabağ"la oyunlarda da bu uğursuz seriyanı qıra bilər"

"Makedoniya çempionu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq. Təbii ki, "Qarabağ" Avropanın tanınmış klubudur və müntəzəm olaraq Avropa turnirlərinin əsas mərhələsində çıxış edir Azərbaycan çempionu haqqında çox danışmaq olar, amma bizi ən çox bu klubun tarix boyu komandalarımıza qarşı keçirdiyi oyunların statistikası maraqlandırır".
"Mediasport" xəbər verir ki, bu sözlər Şimali Makedoniyanın "GRID.mk" portalının UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya"ya rəqib olan təmsilçimiz "Qarabağ" haqqında hazırladığı yazıda yer alıb.
Eyni zamanda, yazıda Şimali Makedoniya klublarının "köhlən atlar" üzərində qələbə qazana bilmədiyi vurğulanıb:
"Dərhal deyə bilərik ki, "Şkendiya" daha əvvəl Makedoniya komandaları ilə qarşılaşan klubla üz-üzə gəlmək ənənəsini davam etdirəcək. Klublarımızın "Qarabağ" üzərində heç bir qələbəsi yoxdur. Beş oyunda dörd məğlubiyyət və bir heç-heçə qeydə alınıb. 2010-cu ildə Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Metallurq”(Skopye) Azərbaycan çempionuna 1:4 hesabı ilə uduzub və heç-heçə oynayıb (1:1). 2013-cü ildə həmin "Metallurq" Açvropa Liqasının eyni mərhələsində yenidən "Qarabağ"a uduzub (0:1, 0:1). 2020-ci ildə isə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində vaxtilə "Vardar"ın əvəzinə avrokuboklarda çıxış edən "Sileks" Ağdam komandasına 0:4 hesabı ilə məğlub olmuşdu.
Yeri gəlmişkən, indiyə qədər heç bir klubumuz FKSB ilə heç bərabərə qalmamışdı. Amma Tetovo komandası onlara iki dəfə qalib gələrək (1:0, 2:1) Makedoniya klublarının qara seriyasını qırıb. Bu, "Qarabağ"la matçlarda da ola bilər".
Xatırladaq ki, "Şkendiya" - "Qarabağ" oyunu 5 avqust, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.