"Sumqayıt" yığmamızın sabiq hücumçusu ilə yollarını ayırdı

"Sumqayıt" yığmamızın sabiq hücumçusu ilə yollarını ayırdı

"Sumqayıt" Kamran Quliyevlə yollarını ayırıb.

"Mediasport" xəbər verir ki, tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

25 yaşlı hücumçu 2023-cü ildən "gənclik şəhəri" təmsilçisinin formasını geyinirdi.

Azərbaycanın U-19 və U-21 millərində forma geyinmiş forvard "Şamaxı", "Sabah" və "Yonava"da (Litva) çıxış edib.