Tarixlərində 27-ci dəfə ölkə çempionu adını qazandılar - FOTO

Tarixlərində 27-ci dəfə ölkə çempionu adını qazandılar - FOTO

Futbol üzrə Niderland Yüksək Liqasında 2025/2026-cı illər mövsümünün qalibi vaxtından əvvəl müəyyənləşib.

"Mediasport" xəbər verir ki, PSV tarixində 27-ci dəfə Erediviziya çempionu olub.

Peter Boşun komandası qızıl medalların taleyini 29-cu turda "Utrext" üzərində 4:3 hesablı qələbə ilə təmin edib.

Xallarının sayını 71-ə çatdıran Eyndhoven təmsilçisi sona 5 tur qalmış ən yaxın izləyicisi "Feyenoord"u 17 xal qabaqlayır.