Türkiyə millisi Şimali Makedoniya yığmasını darmadağın etdi
İyunun 11-də start götürəcək futbol üzrə dünya çempionatına hazırlaşan Türkiyə milli komandası yoxlama matçında gücünü sınayıb.
"Mediasport" xəbər verir ki, Vinçenso Montellanın yetirmələri İstanbulda Şimali Makedoniya futbolçuları ilə üz-üzə gəliblər.
"Ay-ulduzlular" doğma "Şükrü Saracoğlu" stadionunda rəqibi darmadağın ediblər - 4:0.
Qolları Orkun Kökcü, Can Uzun, Deniz Gül və Barış Alper Yılmaz vurublar.
Xatırladaq ki, mundialda D qrupunda meydan sahibi ABŞ, həmçinin Paraqvay və Avstraliya kollektivləri ilə yarışacaq Türkiyə seçməsi son yoldaşlıq görüşünü iyunun 7-də Venesuelaya qarşı keçirəcək.


