Türkiyəli məşqçi İstanbul Hava Limanında dünyasını dəyişdi

 Türkiyəli məşqçi İstanbul Hava Limanında dünyasını dəyişdi

Türkiyənin tanınmış məşqçilərindən Engin Fırat qəfil vəfat edib.

"Mediasport" xəbər verir ki, 55 yaşlı mütəxəssisin İstanbul Hava Limanında ürəyi dayanıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

O, Livanın Premyer Liqa təmsilçisi "Nejmeh" klubunun baş məşqçisi idi.

Engin Fırat karyerası ərzində Moldova, Keniya və İran milli komandalarında, həmçinin "Ayntraxt" (Frankfrut, Almaniya) və "Fənərbaxça" kimi tanınmış klublarda işləyib.