Yığmamızın 4 üzvü İtaliyada Avropa çempionatında yarışacaq

 Yığmamızın 4 üzvü İtaliyada Avropa çempionatında yarışacaq

Azərbaycan kamandan oxatanları İtaliyanın paytaxtı Romada keçiriləcək gənclər arasında Avropa Çempionatında mübarizə aparacaqlar.

"Mediasport" xəbər verir ki, qitə birinciliyi iyulun 20-26-da baş tutacaq.

Ölkəmiz yarışda Fatimə Hüseynli, Zəhra Carçılı, Nurlan Rəhimli və Sərdar Vəliyevlə təmsil olunacaq.

İdmançılarımız fərdi və qarışıq komanda növlərində 60 və 70 metr məsafələrdə yarışacaqlar.

Avropa çempionatında milliyə məşqçilər Leyla Fazilova və Fuad Allahverdiyev rəhbərlik edəcəklər.