ABŞ-nin Azərbaycandakı səfirliyi "Qarabağ" klubunu təbrik etdi
ABŞ-nin Azərbaycandakı səfirliyi "Qarabağ"ı Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.
"Mediasport" xəbər verir ki, Ağdam klubunun tarixi nəticəsi ilə əlaqəli diplomatik nümayəndəliyin sosial şəbəkə hesablarında post paylaşılıb.
Paylaşımda Azərbaycan futbolunda ilkin qeydə alındığı diqqətə çatdırılıb:
"ABŞ Səfirliyi "Qarabağ"ı UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibətilə səmimi-qəlbdən təbrik edir. Bu, Azərbaycan futbolu tarixində ilk belə uğurdur!
Bu nailiyyət Avropanın ən mötəbər futbol səhnəsində nümayiş etdirilən əzmkarlığın, yüksək intizamın və peşəkar ustalığın məntiqi nəticəsidir.
ABŞ iyun ayında FİFA dünya çempionatına ev sahibliyi etməyə hazırlaşarkən, idmanın insanları bir araya gətirmək və sərhədləri, mədəni fərqləri aşmaq kimi bənzərsiz gücünü bir daha xatırlayırıq.
Dünyanın dörd bir yanında azarkeşlər üçün futbolun sevincini yaşadacaq daha çox unudulmaz anların olacağına inanırıq!".
Xatırladaq ki, "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Çempionlar Liqasında pley-offa vəsiqə qazanan ilk komanda olub.
