Adil Kazımlıdan bürünc medal
Azərbaycan millisinin taekvondoçusu Adil Kazımlı Qazaxıstanda keçirilən beynəlxalq turnirdə üçüncü olub.
"Mediasport" xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan idmançımız Astanada "Kazakhstan Open" turnirini bürünc medalla başa vurub.
Həmin yarışda böyüklərdən ibarət yığmamızın üzvləri - Cavad Ağayev (80 kq) gümüş, Elcan Əliyev (80 kq) bürünc mükafata sahib çıxmışdı.
Minayə Əkbərova (46 kq) isə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


