Millimizin Qazaxıstan yığması ilə oyunları üçün heyəti açıqlandı
Aprelin 13-də və 15-də Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycanın futzal millisinin heyəti açıqlanıb.
"Mediasport" xəbər verir ki, baş məşqçi Yevgeni Kukseviç səfərə 2-si qapıçı olmaqla ümumilikdə 16 oyunçu aparacaq.
Tbilisi səfərindən sonra əvvəlcədən razılaşdırıldığı kimi, ailə vəziyyəti ilə əlaqədar qapıçı Rövşən Hüseynli Cavad Məmmədovla əvəzlənib.
Qapıçılar: Emin Kürdov ("Araz-Naxçıvan"), Cavad Məmmədov ("Baku Fire");
Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə, Tofiq Əliyev (hamısı "Neftçi" İK), Tofiq Mikayılov, Oqtay Rüstəmli, Eldar Zeynalov, Novruz Kazıxanov, Murad Quluzadə, Kənan Manafov, Fərid Abbasov (hamısı "Baku Fire"), Pünhan Qasımzadə (U-19), Ədalət Ələkbərov, Ülvi Əliyev (hər ikisi "Araz-Naxçıvan"), Qüdrət Qasımzadə ("Şuşa").
Qazaxıstan millisi ilə görüşlər Aktau şəhərindəki BS Arenada keçiriləcək.
