"Sabah"ın keçmiş baş məşqçisinin 4 ayı tamam olmamış qovuldu
2019-2020-ci illərdə "Sabah"ın baş məşqçisi olmuş Jelko Sopiç "Osiyek"dən istefaya göndərilib.
"Mediasport" xəbər verir ki, Xorvatiya klubu mütəxəssislə uğursuz nəticələrə görə yollarını ayırıb.
"Osiyek" 51 yaşlı mütəxəssisn rəhbəliyi altında çempionatda 23 turdan sonra 17 xalla sonuncu pillədə qərarlaşıb.
O, kluba 2025-ci il oktyabrın 29-da baş məşqçi təyin edilmişdi.
