Yığmamızın üzvləri Almaniyada "Prezident Kuboku"nda yarışacaq

 Yığmamızın üzvləri Almaniyada "Prezident Kuboku"nda yarışacaq

Azərbaycan parataekvondoçuları Almaniyanın Nürnberq şəhərində start götürən "Prezident Kuboku" yarışında mübarizə aparacaq.

"Mediasport" xəbər verir ki, turnirdə ölkəmizi K44 kateqoriyası üzrə kişilər arasında Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq), İmaməddin Xəlilov (70 kq), qadınlar arasında isə Səmayə Həsənova (47 kq) təmsil edəcəklər.

Parataekvondoçularımızı yarışa baş məşqçi Fərid Tağızadə çıxaracaq.

Yarış Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıracaq.