Azərbaycandan ayrılıb Cənubi Koreya klubu ilə müqavilə bağladı
"Qəbələ"dən ayrılan Adriel Ba Luanın yeni klubu müəyyənləşib.
"Mediasport" xəbər verir ki, kotdivuarlı vinger karyerasını Cənubi Koreyada davam edəcək.
30 yaşlı afrikalı Yüksək liqa təmsilçisi "Kvancu" ilə 1 illik müqavilə bağlayıb.
Ba Lua bölgə klubunun heyətində keçirdiyi 1 mövsümdə ümumilikdə 34 oyun və 4 qolla yadda qalıb.


