İlham Allahverdiyev 1-ci liqada 80-ci qolunu vurdu - YUBİLEY

İlham Allahverdiyev 1-ci liqada 80-ci qolunu vurdu - YUBİLEY

1-ci iqanın başa çatan 15-ci turu yubiley qolu ilə əlamətdar olub.

"Mediasport" xəbər verir ki, “Baku Sportinq”in futbolçusu İlham Allahverdiyev 1-ci liqada (əvvəlki 1-ci divizionda) 80-ci qolunu vurub.

O, “Cəbrayıl”la səfər görüşünün (2:1) 22-ci dəqiqəsində hesabı açıb. 33 yaşlı hücumçu 80-ci qolunu 203-cü oyununda vurub.

İlham I Liqada 2012/13 mövsümündə “Qaradağ Lökbatan”ın heyətində debüt edib. İlk qolunu isə növbəti mövsümdə elə eyni komanda da vurub.

Forvard paytaxt təmsilçisində daha çox – 30 dəfə fərqlənib. İlham “Şəmkir”də 9, MOİK-də 24, “Difai”də 9, “Baku Sportinq”də 8 qola sevinib.

Qeyd edək ki, Allahverdiyevin ilk qolunu vurduğu 2013/14 mövsümündən indiyədək olan dövrdə yalnız bir futbolçu I Liqada daha çox fərqlənib. Bəhruz Teymurov bu müddətdə 94 qol vurub.