Bakı klubu "Mançester Siti"nin təşkil etdiyi turnirdə çempion oldu

Bakının 14 yaşlılardan ibarət “Zirvə” futbol klubu Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) beynəlxalq turnirin qalibi olub.
"Mediasport" xəbər verir ki, Rövşən Babayevin rəhbərlik etdiyi komanda Dubay şəhərində keçirilən yarışda çempion adını qazanıb.
Təmsilçimiz finala gedən yolda “Mançester Siti”yə uduzub.
Digər görüşlərdə Omanın ESG, BƏƏ-nin “Əbu Dabi” kollektivləri ilə heç-heçə edib, yerli “Azul”, “LA Liqa AD” və Şri Lankanın “Kolombo Akdemiya”sına qalib gəlib.
"Zirvə" həlledici qarşılaşmada Malayziyanın “Kuala Lumpur” klubunu məğlub edib.
Qeyd edək ki, turniri İngiltərə nəhəngi "Mançester Siti" təşkil edib.