Bakıda tikiləcək 10 min nəfərlik stadionun təqdimatı keçirildi

Bakıda tikiləcək 10 min nəfərlik stadionun təqdimatı keçirildi

Bakıda inşa ediləcək “Sea Breeze Arena”nın təqdimat mərasimi baş tutub.

"Mediasport" xəbər verir ki, tədbirdə iş adamı Emin Ağalarov, “FN Sports&Development” şirkətinin rəhbəri Həmid Fərəməzov, AFFA və Peşəkar Futbol Liqasının rəsmiləri, klub prezidentləri, veteran futbolçular və digər qonaqlar iştirak ediblər.

Layihə barədə məlumat verilib, bildirilib ki, arena 10 min tamaşaçı tutumuna malik olacaq.

Stadionda klub və yığmaların iştirakı ilə oyunlar, təlim-məşq toplanışlarının təşkili nəzərdə tutlub.

Ərazidə eyni zamanda MMA, cüdo, güləş və digər idman növləri üzrə yarışların keçirilməsi üçün şərait yaradılacaq.