"Barselona" "Joan Qamper" kubokunun qalibi oldu - VİDEO

"Barselona" "Joan Qamper" kubokunun qalibi oldu - VİDEO

"Barselona" "Joan Qamper" kuboku uğrunda mübarizədə İtaliya klubu "Komo" ilə üz-üzə gəlib.

"Mediasport" xəbər verir ki, Yohan Kroyf adına stadionda keçirilən matç Kataloniya təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Fermin Lopes və Lamin Yamalın dubl etdiyi oyunda Rafinya da fərqlənib və beləliklə, İspaniya klubu kubokun qalibi olub.

Xatırladaq ki, bu yoldaşlıq oyunu turniri hər il "Barselona" tərəfindən təşkil edilir və klubun ilk prezidenti Joan Qamperin adını daşıyır.