Bəhlul Mustafazadə uzun müddət futbolsuz qalacaq - DƏQİQLƏŞDİ
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində dünən Bakıda baş tutan "Qarabağ" - "Nyukasl" görüşündə zədələnən Bəhlul Mustafazadənin vəziyyətinə aydınlıq gətirilib.
Bu barədə "Mediasport"a Ağdam klubunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qarşılaşmanın 22-ci dəqiqəsində zədələnərək meydanı tərk edən müdafiəçi təxminən 3 ay komandasına kömək edə bilməyəcək.
Tibbi müayinələrin nəticəsinə əsasən, sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində zədə aşkarlanan Bəhlul müalicə müddəti xaric, azı 10-12 həftə futbolsuz qalacaq.
Tibbi heyət tərəfindən millimizin üzvünün cərrahiyyə əməliyyatı olunacağı istisna edilmir.
Futbolçunun məşq prosesinə qayıdış müddəti bərpa mərhələsinin gedişinə uyğun olaraq fərdi şəkildə müəyyənləşdiriləcək.
