Bu gün 4 idman növü üzrə yarışlar keçiriləcək - III MDB Oyunları

Bu gün 4 idman növü üzrə yarışlar keçiriləcək - III MDB Oyunları

Azərbaycanda ilk dəfə keçirilən MDB Oyunları davam edir.

"Mediasport" xəbər verir ki, bu gün yarışda 4 idman növü üzrə mübarizə olacaq.

Şəkidə çövkən üzrə qızıl medal uğrunda matçda Azərbaycan və Özbəkistan milliləri üz-üzə gələcək.

Şəkidə eyni zamanda bədii gimnastika yarışları davam edəcək.

Gəncə İdman Sarayında qılıncoynatmada növbəti qaliblər müəyyənləşəcək.

Gəncə Olimpiya İdman Kompleksində isə yunan-Roma güləşi üzrə turnirin mükafatçılarının adlarına aydınlıq gələcək.

Oyunlara sabah yekun vurulacaq.