“Dirçəliş Kuboku” minifutbol turnirinin püşkatma mərasimi oldu
Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı, AFFA-nın dəstəyi ilə ikinci dəfə təşkil edilən “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin püşkatma mərasimi keçirilib.
"Mediasport" xəbər verir ki, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev turnirin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verib.
Sonra 40 komandanın iştirak edəcəyi yarışın püşkatması baş tutub.
Komandalar hər birində 10 kollektiv olmaqla 4 qrupa bölünüblər.
Turnirdən əldə olunan vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək.
