“Prezident Kuboku”nda iştirak edəcək idmançılarımız açıqlandı

Azərbaycan parataekvondoçuları Çinin Taiyan şəhərində keçiriləcək “Prezident Kuboku”nda iştirak edəcəklər.
Milli Paralimpiya Komitəsindən "Mediasport"a verilən məlumata görə, ölkəmizi turnirdə K44 kateqoriyasında Sabir Zeynalov (58 kiloqram), Amin Şıxalıyev (63 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram) və Orxan Cəfərov (80 kiloqram) təmsil edəcəklər.
Aprelin 25-də təşkil olunacaq yarış “Los-Anceles-2028” Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.