Duran: "Siz mənim qəlbimdə həmişə xüsusi yeri tutacaqsınız"

Duran: "Siz mənim qəlbimdə həmişə xüsusi yeri tutacaqsınız"

"Hər şeyə görə "Qarabağ" ailəsinə və azarkeşlərinə təşəkkürümü bildirirəm. Mənə göstərdiyiniz sevgi üçün hamınıza minnətdaram".

"Mediasport" xəbər verir ki, bu sözlər "Qarabağ"dan ayrılan Kamilo Durana məxsusdur.

Şotlandiya nəhəngi "Seltik"lə müqavilə bağlayan kolumbiyalı vida paylaşımı edib.

Vinger "Qarabağ" formasını geyindiyi üçün şərəf duyduğunu bildirib:

"Orada çox möhtəşəm xatirələrim var. Özümü evimdəki kimi hiss edirdim. Bu mehribanlığa görə rəhbərliyə, məşqçilər korpusuna, komanda yoldaşlarıma minnətdarlığımı çatdırmaq istəyirəm.

Artıq vaxt gəldi, Biz ayrılsaq da, sizinlə ürəyimdə böyük minnətdarlıqla vidalaşıram.

Belə böyük klubun bir üzvü olduğum üçün Allaha təşəkkür edirəm.

Sonda "Qarabağ"a çoxlu nailiyyətlər arzulayıram. Siz mənim qəlbimdə həmişə xüsusi yeri tutacaqsınız".

Xatırladaq ki, Duran "Seltik"lə 5 illik müqaviləyə qol çəkib, Ağdam klubuna təxminən 12,7 milyon manat qazanc gətirib.