"Old Trafford"da əzəli derbini "qırmızı şeytanlar" qazandılar

"Old Trafford"da əzəli derbini "qırmızı şeytanlar" qazandılar

Futbol üzrə İngiltərə Premyer Liqasında 22-ci turun görüşləri keçirilir.

"Mediasport" xəbər verir ki, bu gün "Old Trafford"da "Mançester Yunayted"lə "Mançester Siti" arasında derbi baş tutub.

"Qırmızı şeytanlar" Maykl Karrikin rəhbərliyi altında çıxdığı ilk matçda əzəli rəqibinə şans verməyiblər - 2:0.

Qolları Brian Mbema və Patrik Dorqu vurublar.

Xal ehtiyatını 35-ə çatdıran çatdıran "mankunianlar" 5-cı sıraya yüksəliblər.