"Futbolçular məsuliyyətin ağırlığını hiss edərək meydana çıxmışdılar"

"Futbolçular məsuliyyətin ağırlığını hiss edərək meydana çıxmışdılar"

"Azarkeşlərimizə təşəkkürümü bildirirəm. Bu qələbəni onlara həsr edirik. Məncə, maraqlı oyun alındı".

"Mediasport" xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 22-ci turunun "Sumqayıt"la oyunu haqda danışıb, 3:0 hesablı qələbəni şərh edib:

"Bu gün istədiklərimiz meydanda həyata keçdi. Uşaqları təbrik edirəm. Önümüzə baxacağıq.

"Sabah"la matçın son dəqiqələrində 1 xalı əldən verdik. Bəlkə də həmin oyundan motivasiya qaynaqlanmışdı. Futbolçular məsuliyyətin ağırlığını hiss edərək meydana çıxmışdılar.

A.Bağırov kubokda hədəflərinin nədən ibarət olduğunu da açıqlayıb:

"Rəhbərlik komandaya yaxşı motivasiya verir. Bütün oyunlara maksimum nəticə üçün çıxırıq.

"Turan Tovuz"la kubokun ilk matçında meydana daha çox yerli futbolçu buraxmışdıq. Hamıya elə gəldi ki, kubokda yarışmaq istəmirik. Həm çempionatda, həm də kubokda bacardığımız qədər irəli getmək istəyirik".