"Gəncəbasar"ın yeni baş məşqçisi və oynayacağı stadion açıqlandı

"Gəncəbasar"ın yeni baş məşqçisi və oynayacağı stadion açıqlandı

1-ci Liqada yeni mövsümə hazırlaşan "Gəncəbasar" klubunun baş məşqçisi açıqlanıb.

"Mediasport" xəbər verir ki, klubun təqdimat tədbirində bölgə təmsilçisini Elhad Nəzirinin çalışdıracağı bildirilib.

Qeyd edək ki, "Gəncəbasar" son mövsümə qədər "Cəbrayıl" adı altında fəaliyyət göstərib.

Komanda növbəti mövsüm ev oyunlarını Gəncə şəhər stadionunda keçiriləcək.

Ehtiyat variant olaraq Yevlax şəhər stadionu nəzərdə tutulub.