Universiada İdman Oyunlarında 13 cüdoçumuz yarışacaq - SİYAHI

 Universiada İdman Oyunlarında 13 cüdoçumuz yarışacaq - SİYAHI

Almaniyada iyulun 16-dan 27-dək keçiriləcək Yay Universiadasında yarışacaq Azərbaycan cüdoçularının adları açıqlanıb.

"Mediasport" xəbər verir ki, Reyn-Rur bölgəsində keçiriləcək cüdo yarışlarında ölkəmiz 13 idmançı ilə təmsil olunacaq.

Millimizin heyətində Elcan Hacıyev (90 kq), Babarahim Mirzəyev (60 kq), Nazir Talıbov (66 kq), Nəriman Mirzəyev (73 kq), Süleyman Şükürov (81 kq), Şamil Tuncay (100 kq), Ramazan Əhmədov (+100 kq), Könül Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (70 kq), Nərmin Əmirli (78 kq) və Nigar Süleymanovaya (+78 kq) mübarizə aparacaq.

Qeyd edək ki, turnirdə cüdo yarışları iyulun 23-26-da baş tutacaq.