VİDEO: "Liverpul" İngiltərə Superkubokunun finalında uduzdu

VİDEO: "Liverpul" İngiltərə Superkubokunun finalında uduzdu

Futbol üzrə İngiltərə Superkubokunun qalibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Oliver Qlasnerin çalışdırdığı "Kristal Pelas" İngiltərə Kubokundan sonra tarixində ilk dəfə Superkubokun da qalibi olub.

"Qartallar" həlledici dueldə ölkə çempionu "Liverpul"u məğlub ediblər.

Oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında Arne Slotun komandası London təmsilçisinə 2:3 hesabı ilə uduzub.

Xatırladaq ki, 100 ildən çoxdur keçirilən Superkubok matçında ölkə çempionu ilə ölkə kubokunun qalibi üz-üzə gəlir.