Azərbaycan idmançısından İslam Oyunlarında gümüş medal

 Azərbaycan idmançısından İslam Oyunlarında gümüş medal

Azərbaycan ağırlıqqaldıranı Ravil Alməmmədov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edib.

"Mediasport" xəbər verir ki, 79 kq çəki dərəcəsində mübarizə aparan idmançımız birdən qaldırmada gümüş medal qazanıb.

Təkanla qaldırma hərəkətində isə 190 kq nəticə göstərən təmsilçimiz bürünc mükafat əldə edib.

O, ümumi nəticəyə görə 345 kq nəticə ilə gümüş medalçı olub.

Alməmmədov 155 kq-ın öhdəsindən gəlib.