"Kəpəz" ciddi itki ilə üzləşdi - Kapitan məşqdə sıradan çıxdı
"Qəbələ" ilə matça hazırlaşan “Kəpəz” ciddi itki ilə üzləşib.
"Mediasport" xəbər verir ki, Gəncə klubunun kapitanı Dioqo Verdaska sıradan çıxıb.
Portuqaliyalı müdafiəçi bugünkü məşqdə zədələnib.
Onun sentyabrın 12-də baş tutacaq qarşılaşmada iştirak edib-etməyəcəyi tibbi müayinədən sonra məlum olacaq.

