"Kəpəz"də iki yeni müqavilə
"Kəpəz" akademiyasının üzvləri Raul İsaqov və Şahnur İsmayılov ilə peşəkar müqavilə imzalanıb.
"Mediasport" xəbər verir ki, hər iki futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə bağlanıb.
16 yaşlı Raul hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir. 19 yaşlı Şahnur isə yarımmüdafiə xəttində oynayır.
İsaqov U-17, U-19 və əvəzedicilər, İsmayılov U-19 və əvəzedicilərdən ibarət komandada çıxış edir.
