"Mingəçevir"in ev oyunlarını hansı stadionda keçirəcəyi dəqiqləşdi

 "Mingəçevir"in ev oyunlarını hansı stadionda keçirəcəyi dəqiqləşdi

"Mingəçevir" klubu ev oyunlarını yenidən doğma şəhərdə keçirəcək.

Bu barədə "Mediasport"a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib.

Komandanın müvəqqəti ev oyunlarını keçirəcəyi ehtiyat meydança artıq hazır duruma gətirilib.

Belə ki, Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv I Liqanın XVI turunun "Difai" ilə matçını Yaşar Məmmədzadə adına şəhər stadionunun süni örtüklü ehtiyat meydançasında keçirəcək.

Qeyd edək ki, "Mingəçevir" klubu stadionunun təmirə bağlanması səbəbindən iki turda rəqiblərini Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda qəbul edib.