Tanınmış idmançının dəm qazından boğulan qardaşının xatirəsinə həsr edilmiş zalın açılış mərasimi oldu

Tanınmış idmançının dəm qazından boğulan qardaşının xatirəsinə həsr edilmiş zalın açılış mərasimi oldu

Tanınmış MMA idmançısı Nəriman Abbasov Bakının Yeni Ramana qəsəbəsində qardaşının xatirəsinə həsr etdiyi idman zalının açılışını edib.

"Mediasport" xəbər verir ki, “Arzuman” MMA-Fitnes zalının açılışında gənclər və idman naziri Fərid Qayıbov, Nəriman Abbasovun məşqçisi Şəhriyar Abbasov və digər şəxslər iştirak ediblər.

Nazir Fərid Qayıbov zalla tanış olub, burada yaradılmış şərait və müasir məşq avadanlıqları ilə yaxından maraqlanıb, idmançılarla görüşərək onlarla söhbət edib.

Qeyd edək ki, bu barədə Azərbaycanın qarışıq döyüş növləri üzrə idmançısının kiçik qardaşı Arzuman 2020-ci ildə dəm qazından boğularaq faciəli şəkildə dünyasını dəyişib.