Onana ilə yola davam edəcəklər
Kamerunlu qapıçı Andre Onana daha bir mövsüm "Trabzonspor"un formasını geyinəcək.
"Mediasport" xəbər verir ki, "Mançester Yunayted"in qolkiperi 2026/2027 mövsümünün sonuna qədər Super Liqa təmsilçisinin uğurları üçün çalışacaq.
Onana 2025/2026 sezonunda da Trabzon təmsilçisinin heyətində çıxış edib.
O, ümumilikdə 33 oyuna çıxıb, 40 qol buraxıb və 6 oyunda qapısını toxunulmaz saxlayıb.
Andre karyerası ərzində "Ayaks" (Niderland) və "İnter" (İtaliya) kimi klubların da formasını geyinib.


