"Qalatasaray"ın futbolçusunu alış-veriş mərkəzində döydülər
"Qalatasaray"ın futbolçusu Lukas Torreyra alış-veriş mərkəzində hücuma məruz qalıb.
"Mediasport" xəbər verir ki, yumruq zərbəsinə məruz qalan yarımmüdafiəçinin qaşı yaralanıb.
Taksi ilə hadisə yerindən uzaqlaşmağa çalışan şəxs polislər tərəfindən saxlanılıb.
Təqsirləndirilən şəxsin açıqlamasına görə, uruqvaylı futbolçu onun sevgilisi ilə əlaqə saxlamağa cəhd göstərib.
Torreyra isə həmin xanımın onunla münasibətdə olduğunu söyləyib.
Hazırda "sarı-qırmızılar"ın futbolçusunun səhhətinin yaxşı olduğu bildirilib.
