Cənubi Azərbaycan təmsilçisi yeni mövsümə məğlubiyyətlə start verdi

Cənubi Azərbaycan təmsilçisi yeni mövsümə məğlubiyyətlə start verdi

İran Yüksək Liqasında 2025-26 mövsümünə start verilib.

"Mediasport" xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi 1-ci turda "İstiqlal"a 0:1 hesabı ilə məğlub olub.

Təbriz klubu bir neçə gün əvvəl İran Superkubokunda bu komandanı 2:1 hesabı ilə üstələmişdi.

Bu məğlubiyyət "Traktor"un son yeddi aya yaxın müddətdə ilk məğlubiyyəti olub.

"Qırmızı qurdlar" son dəfə bu il yanvarın 26-da "Persepolis"ə uduzmuşdular - 0:2.