Premyer Liqada ayın ən yaxşı qolunun müəllifi mükafatını aldı

Peşəkar Futbol Liqasının “Ayın qolu” layihəsinin qalibi mükafatlandırılıb.
"Mediasport" xəbər verir ki, aprel ayının ən yaxşı qolunun müəllifi olan "Səbail"in futbolçusu David Qomis mükafatlarını 36-cı turun "Sumqayıt"la ev matçından əvvəl alıb.
Fransalı vingerə mükafatları PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.