"Qarabağ" Azərbaycanın UEFA reytinqindəki xallarını artırdı
Azərbaycanın UEFA reytinqindəki əmsalı bir qədər də artıb.
"Mediasport" xəbər verir ki, avrokuboklarda növbəti qələbəsini qazanan “Qarabağ” ölkəmizin hesabına növbəti xalları yazdırıb.
Ağdam təmsilçisinin Bakıda UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda "Dinamo" (Ukrayna) üzərində qələbəsi (2:0) ölkəmizin reytinqinə 0,500 xal gətirib.
Azərbaycan hazırda sıralamada 21,687 əmsalla 26-cı pillədə qərarlaşıb.
Bizdən öndə olan Sloveniyanın 22,718, qabaqladığımız Slovakiyanın isə 20,500 xalı var.
Reytinqə 101,852 əmsalla İngiltərə başçılıq edir.


