Danimarka mətbuatı: "Qarabağ" tez-tez böyük klubları alt-üst edir"

"Qarabağ" maaşlara cəmi 6,5 milyon funt-sterlinq xərcləsə də, rəqabətədavamlı ciddi heyət yarada bilib. Rəqibləri ilə müqayisədə maddi cəhətdən zəif olmasına baxmayaraq, nəticələr mənasında sabitliyi ilə diqqəti çəkir".
"Mediasport" xəbər verir ki, bu fikirlər Danimarkanın “Lentedesportiva” nəşrində yer alıb.
Skandinaviya portalı az büdcəli Azərbaycan çempionunun uğurlu nəticələr əldə etməsinə, Avropada rəqiblərinə başağrı olmasına diqqət çəkib:
"Qarabağ" müntəzəm olaraq Çempionlar Liqasının seçmə mərhələsində iştirak edir. Bu, komandanın sabitliyindən xəbər verir. Azərbaycan komandası kompakt müdafiəsi və sürətli əks-hücumları ilə tez-tez böyük klubları alt-üst edir".
Xatırladaq ki, Qurban Qurbanovun komandası UEFA çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda dəyəri 76 milyon avro qiymətləndirilən Danimarkanın "Kopenhagen" klubunu 2:0 hesabı ilə məğlub edib.